Azərbaycan, Bakı, 7 avqust /Trend/
Qaz nəqli sistemində təmir işlərinin aparılması və qaz şəbəkəsində quraşdırılmış qaztənzimləyici qurğuların mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 17:00-dək Abşeron, saat 18:00-dək Sabunçu, saat 20:00-dək isə Şəmkir rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Bu barədə Trend-ə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.