...

Azərkosmos ASC Əfqanısatan televiziya yayımı bazarına daxil oldu

Cəmiyyət Materials 7 Avqust 2014 11:12 (UTC +04:00)
Azərkosmos ASC Əfqan Payvastun Media Kommunikasiya (APMC) şirkəti ilə Batur TV-nin Azərspace-1 üzərindən açıq yayımı və ilə bağlı müqavilə imzalayıb. Bu barədə Trend-ə Azərkosmos ASC-dən məlumat verilib.
Azərkosmos ASC Əfqanısatan televiziya yayımı bazarına daxil oldu

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir H.Vəliyev/

Azərkosmos ASC Əfqan Payvastun Media Kommunikasiya (APMC) şirkəti ilə Batur TV-nin Azərspace-1 üzərindən açıq yayımı və ilə bağlı müqavilə imzalayıb. Bu barədə Trend-ə Azərkosmos ASC-dən məlumat verilib.

Məlumata görə, Batur TV milli peykimiz üzərindən yayımlanacaq ilk Əfqan televiziya kanalıdır. Bu müqavilə Azərkosmosa Əfqan yayım bazarına qapı açdığından şirkət üçün böyük əhəmiyyət kəsb edir. İmzalama prosesi zamanı APMC-nin Prezidenti Masud Ameri Azərkosmos komandasının müqaviləyə hazırlıq mərhələsində göstərdiyi həvəs və peşəkarlığı yüksək qiymətləndirmişdir.

APMC şirkəti Azərkosmosla əməkdaşlığa ilk dəfə bu il Əfqanıstanda keçirilən Prezident seçkiləri zamanı qısamüddətli tutum istifadəsi xidmətində istifadə etməklə başlamışdır. Azərkosmosun göstərdiyi xidmətdən razı qalan şirkət daha uzunmüddətli müqavilə imzalamaq qərarına gəlmişdir.

Masud Ameri Azərkosmosla digər Əfqan kanallarının da Azərspace-1 peyki üzərindən yayımlanması və Azərbaycan və Əfqanıstan arasında peyk kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin perspektivlərini müzakirə etmişdir.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan Azərkosmos ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azərspace-1 peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti