...

Bakıda avtoxuliqanlıq edən müğənni cəzalandırıldı (FOTO)

Cəmiyyət Materials 11 Avqust 2014 16:27 (UTC +04:00)
Son zamanlar internet və sosial şəbəkələr vasitəsilə yol hərəkəti zamanı törətdikləri özbaşınalıqları öyünərək paylaşılan avtomobil sürücüləri barəsində görülən tədbirlərə baxmayaraq, yenə də belə faktlara rast gəlinir.
Bakıda avtoxuliqanlıq edən müğənni cəzalandırıldı (FOTO)

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Son zamanlar internet və sosial şəbəkələr vasitəsilə yol hərəkəti zamanı törətdikləri özbaşınalıqları öyünərək paylaşılan avtomobil sürücüləri barəsində görülən tədbirlərə baxmayaraq, yenə də belə faktlara rast gəlinir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, bir neçə gün öncə avtomobilin yüksək sürətlə idarə edilməsi əks olunan videosüjet üzərində araşdırma aparılıb və videoda görünən "Lexus" E5 350 markalı 90 VF 164 dövlət nömrə nişanlı avtomobili idarə edənin Bakı şəhər Binəqədi rayon sakini, 7 avqust 1980-ci il təvəllüdlü Abbasov Kərim Fətulla oğlunun olduğu aşkar edilib və görülmüş tədbirlər nəticəsində həmin avtomobil saxlanılaraq müvəqqəti mühafizə olunan dayanacğa yerləşdirilib.

İdarə rəisi bildirib ki, hazırda araşdırma aparılır: "İlkin araşdırma zamanı müəyyən olunub ki, müğənni Kərimin meneceri Asim Əliyev tərəfindən telefonla çəkilən həmin video işdən çıxarıldığı üçün Kərimdən qisas almaq məqsədilə yayılıb. Hər halda yol hərəkəti ilə bağlı xətanın açıq-aşkar törədilməsi faktı üzrə inzibati tənbeh tədbirlərinin görülməsi zərurəti yaranır və sürücü qanunvericiliklə məsuliyyətə cəlb ediləcək".

V.Əsədovun sözlərinə görə, görüntülərin kimin tərəfindən yayılmasına baxmayaraq, hər kəs törətdiyi xətaya görə məsuliyyətə cəlb edilir.

İdarə rəisi onu da əlavə edib ki, ilin əvvəlindən bu günə qədər yayılmış 11 bu tipli videosüjet əsasında tədbirlər görülərək ictimaiyyətə məlumat verilib.

V.Əsədov bir daha avtomobil sürücülərinin nəzərinə çatdırır ki, belə əməllərin törədilməsi olduqca təhlükəli, eləcə də bu cür süjetlərin yayılması yol hərəkəti qaydalarının təhrif edilmiş formada təbliğ edilməsi kimi qiymətləndirilir: "Unutmaq olmaz ki, tanınmış şəxslər belə öz hərəkətləri ilə nizam-intizamlı olduğunu nümayiş etdirməklə təbliğat aparmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti