...

İnam və etibar artır (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2014 12:14 (UTC +04:00)
Xalq ilə ən etibarlı ünsiyyət vasitəsi olan müraciətlər həmişə Gəncə şəhər İcra Hakimiyyəti başçısının diqqət mərkəzindədir. Danılmaz həqiqətdir ki, müraciətlər cəmiyyətin rəyini öyrənməkdə, insanları narahat edən problemlərin həllində böyük rol oynayır.
İnam və etibar artır (FOTO)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Xalq ilə ən etibarlı ünsiyyət vasitəsi olan müraciətlər həmişə Gəncə şəhər İcra Hakimiyyəti başçısının diqqət mərkəzindədir. Danılmaz həqiqətdir ki, müraciətlər cəmiyyətin rəyini öyrənməkdə, insanları narahat edən problemlərin həllində böyük rol oynayır.

İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin keçirdiyi hər bir qəbul qarşılıqlı ünsiyyətin ən səmərəli forması olaraq müraciətlərin sayının azalmasına xidmət etdiyi kimi yaranmış problemlərin aradan qaldırılması üçün də əsaslı tədbirlərin görülməsinə şərait yaradır. Çünki bu zaman qaldırılan məsələlər daha tez, daha operativ həllini tapır.

Bu gün hər bir sakinə yaxşı məlumdur ki, Prezident cənab İlham Əliyevin təsdiq etdiyi proqramlar əsasında həyata keçirilən infrastruktur layihələrin icrası nəticəsində Gəncədə tam yeni bir dövr başlanmışdır. Bunu müraciətlərin azalan sayı və mövzusu da təsdiq edir. Bütün mövcud problem həllini tapır. Ölkə başçısının dəfələrlə qeyd etdiyi kimi: "Azərbaycanda dövlət insanların maraqlarının keşiyindədir. ...Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır".

Bunun əyani sübutu olaraq son 3 ildə Gəncədə həyata keçirilən möhtəşəm layihələri, sahibkarlara yaradılan əlverişli şəraiti, yeni açılan iş yerlərini, milli-mənəvi dəyərlərə verilən yüksək qiyməti, tam təmirli məktəb və uşaq bağçalarını, açılan və yaxud da bünövrəsi qoyulan sənaye obyektlərini göstərmək olar.

Müraciətlər arasında şəhid ailələrinə yüksək qayğı göstərilməsi və onların problemlərinin qısa bir vaxtda aradan qaldırılması ilə bağlı təşəkkürlər də yer alır. Elə avqustun 14-də keçirilən qəbulda da ən çox diqqət Qarabağ müharibəsi əlillərinin, eləcə də şəhid ailələrinin problemlərinin həllinə yönəldildi. Bu kateqoriyadan olan insanları təmkinlə dinləyən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev onların qaldırdıqları bir çox məsələləri elə yerindəcə həll etdi. Bəzilərinin həlli üçün isə aidiyyəti orqanların rəhbərlərinə tapşırıqlar verdi.
İkinci qrup Qarabağ əlilləri Feruz Rzayev, Səfər Yusifov və Vüqar Qarayev, şəhid anaları Qeysun Babayeva və Xalidə Abdullayeva, Çernobıl əlili Şöhrət Abbasovun icra başçısına etdikləri müraciətlər müsbət həllini tapdı. Şəhər İcra Hakimiyyətinin başçısı torpaqlarımızın bütövlüyü uğrunda fədakarlıq göstərmiş hər bir Azərbaycan vətəndaşına dövlət səviyyəsində qayğı göstərildiyini və bu məsələnin ölkə başçısının daim nəzarətində olduğunu qeyd etdi.
Ümumilikdə qəbulda 100 nəfər iştirak edirdi. Onların içərisində mənzilində yaranmış qəzalı vəziyyətdən, su problemindən, liftin işləməməsindən, sağlamlıqlarının bərpası üçün lazımi köməklikdən, evləri yanmış vətəndaşlara maddi yardım və sair məsələlərdən bəhs edən müraciətlər də oldu. Həmin müraciətlərin həll olunması üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verildi. Ümumilikdə vətəndaşlar qəbuldan razı getdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti