Azərbaycan, Bakı, 27 avqust /Trend/
Türkiyə və Azərbaycanın dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin dövlət qulluqçularından ibarət nümayəndə heyətinin üzvləri - Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları Fatih Uysal və İmran Sarmış avqustun 27-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) olublar. Bu barədə Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
F.Uysal və İ.Sarmış təqdimatlarla çıxış edərək çalışdıqları nazirliyin strukturu və əsas fəaliyyət istiqamətləri, sosial cəhətdən həssas əhali təbəqələri ilə bağlı həyata keçirdiyi proqram və layihələr, aktiv məşğulluq tədbirləri və s. barədə ətraflı məlumatlar veriblər. Onlar təqdimatlar zamanı Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində imzalanmış əməkdaşlıq sazişlərinin icrasının, o cümlədən fəal təcrübə mübadilələrinin aparılmasının diqqətdə saxlandığını vurğulayıb, həmkarlarının ayrı-ayrı suallarını cavablandırıblar.
Türkiyəli mütəxəssislər ƏƏSMN-nin struktur bölmələrində olaraq, onların iş prosesi ilə yaxından tanış olublar. ƏƏSMN-nin strukturu, nazirliyin fəaliyyət sahələri, sosial təminat sisteminin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, işçi qüvvəsinin keyfiyyətinin artırılması və s. istiqamətlərdə aparılan işlər barədə onlara dolğun məlumatlar verilib. Qonaqlar həmçinin nazirlik tərəfindən icra olunan yeni sosial layihələr, həyata keçirilən islahat tədbirləri, o cümlədən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin formalaşdırılması və s. barədə geniş təsəvvürlərə malik olublar.
Qeyd edək ki, görüş "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"na əsasən keçirilib.
ƏƏSMN-də Türkiyənin analoji dövlət qurumunun əməkdaşları ilə görüş olub
Türkiyə və Azərbaycanın dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin dövlət qulluqçularından ibarət nümayəndə heyətinin üzvləri - Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları Fatih Uysal və İmran Sarmış avqustun 27-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) olublar.