Azərbaycan, Bakı, 28 avqust /Trend/
Bakının Yasamal rayonunun məktəbəqədər müəssisələrində mövcud sıxlığın aradan qaldırılması kimi aktual bir problemin həlli istiqamətində tədbirlər davam etdirlir.
Trend Heydər Əliyev Fondunun rəsmi saytına istinadən məlumat verir ki, Fondun təşəbbüsü ilə A.M.Şərifzadə küçəsindəki, 146 A, 148, 150, 154 və 156 nömrəli binaların yaxınlığında körpələr evi-uşaq bağçasının tikintisinə başlanılıb.
Bundan əlavə, rayon icra hakimiyyəti tərəfindən 2 nümunəvi məhəllə yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada onların istirahəti üçün lazımi şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.