Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/
Çuxuryurd-Piribəyli avtomobil yolunda görülən yenidənqurma işləri bitmək üzrədir.
Nəqliyyat Nazirliyi " Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, uzunluğu 13 km olan Çuxuryurd-Piribəyli avtomobil yolunda işlərin böyük hissəsi yerinə yetirilib. 4-cü texniki dərəcəli yol boyu zəruri olan hissələrdə beton drenaj kanalı tikilib, su ötürücü borular yenisi ilə əvəz olunub. Asfalt-beton örtüyünün döşənməsi demək olar ki, başa çatmaq üzrədir.
Yolda işlərin sentyabr-oktyabr ayları ərzində tamamilə yekunlaşması gözlənilir.