...

Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının baş direktoru ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2014 17:18 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının baş direktoru Menderes Dəmirlə görüşüb.
Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının baş direktoru ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının baş direktoru Menderes Dəmirlə görüşüb.

MŞ-dən Trend-ə verilən məlumata görə, Şuranın ofisində baş tutan görüşdə türk dünyası jurnalistlərinin konsolidasiyası ilə bağlı məsələlər müzakirə olunub. Əskişəhərdə keçirilmiş I Türk Dünyası Qəzetçilər Şurasında çıxarılan qərarlar üzərində dayanılıb. Bu baxımdan Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin təbliğinə dair toplantıda qaldırılmış məsələlərə xüsusi diqqət yetirilib. Türk Dünyası Qəzetçilər Federasiyasının mövcud istiqamətdəki fəaliyyətini gücləndirmək üçün Azərbaycanla sıx təmaslar qurduğu və əməkdaşlığını daha da dərinləşdirəcəyi vurğulanıb.

Görüşdə, həmçinin Türk Dünyası Qəzetçilər Şurasının gələcəkdə də təşkili, Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin reallaşdırılması ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti