Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Ötən dərs ilində Bakı məktəblərində 45 müəllimin saxta diplomla işlədiyi məlum olub. Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Onun sözlətinə görə, həmin müəllimlər işdən azad ediliblər. Bununla yanaşı, ötən dərs ilində 7 məktəb direktoru və 3 direktor müavini işdən azad olunub, 32 məktəb direktoru və 16 direktor müavini isə intizam məsuliyyətinə cəlb edilib.