...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 13 Sentyabr 2014 16:48 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

İdarədən Trend-ə verilən məlumata görə, kütləvi informasiya vəsitələrində dərc olunmuş materiallar üzrə aparılmış xidməti araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru Murquzova İradə Məmmədəli qızı "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə və təhsilin idarə olunması üzrə digər normativ hüquqi sənədlərə zidd olaraq məktəbdə müxtəlif banklar, güzəştli kreditlər, faiz dərəcələri və s. barədə təbliğat aparılmasına şərait yaradıb.

Məlumatda deyilir ki, eyni zamanda, o, qulluq mövqeyindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsində musiqi müəlllimi işləyən Kifayət Rzayevanın adına "Bank of Baku"dan 4 min manat kredit götürüb, həmin kreditin vaxtlı-vaxtında qaytarılmasına vəd verib, lakin məsuliyyətsizlik edərək ödəniş aparmayıb, nəticədə K.Rzayevaya qarşı məhkəmədə iddia qaldırılıb, bununla da müəllimin adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirib.

Murquzova İradə Məmmədəli qızı işində buraxdığı nöqsanlar nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə fuksiyaların yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 10 sentyabr 2014-cü il tarixindən ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti