Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Gənclər və idman naziri Azad Rəhimov 25 sentyabr saat 10.30-da Sumqayıt şəhərində yerləşən Tarix muzeyində (Heydər Əliyev prospekti, 4-cü mikrarayon) vətəndaşları qəbul edəcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbulda Sumqayıt şəhəri ilə yanaşı Abşeron, Qobustan, Xızı və Şamaxıdan olan vətəndaşlar iştirak edəcəklər.
KİV nümayəndələri üçün nəqliyyat vasitəsi ayrılıb. Saat 9.00-da Gənclər və İdman Nazirliyinin önündə olmanız rica olunur.