...

Türkiyədə stadion ərazisi erməni fonduna təhvil verilib

Cəmiyyət Materials 26 Sentyabr 2014 10:07 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində “Zeytinburnu” stadionunun ərazisi "Surp Pırgiç" erməni fonduna təhvil verilib.
Türkiyədə stadion ərazisi erməni fonduna təhvil verilib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin İstanbul şəhərində "Zeytinburnu" stadionunun ərazisi "Surp Pırgiç" erməni fonduna təhvil verilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyyət" qəzeti xəbər verib.

Məlumata əsasən, stadion ərazisi Zeytinburnu bələdiyyəsinin balansında olub, erməni fonduna Türkiyə Vəqflər İdarəsinin qərarı ilə verilib.

Məlumatda o da qeyd olunur ki, Zeytinburnu bələdiyyəsi stadion ərazisinin erməni fonduna verilməsinin əleyhinə çıxıb.

Qeyd edək ki, 22 yanvar 2014 tarixində qaytarılan ərazinin üzərində İstabnbul Bələdiyyəsinə aid Zeytinburnu İdman Kompleksi, Zeytinburnu Bələdiyyəsinə aid Zeytinburnu Stadionu və açıq avtopark var.

1964-cü ildə əllərindən alındığını iddia etdiyi Zeytinburnu Kazlıçeşmedə 42 min 259 kvadrat metrlik ərazi Fondlar üzrə Baş Məclisinin qərarının ardından ermənilərə qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti