...

Azərbaycan məscidlərində Qurban bayramı ilə bağlı bayram namazı qılınıb

Cəmiyyət Materials 5 Oktyabr 2014 10:15 (UTC +04:00)
Bu gün səhər saatlarında Azərbaycan məscidlərində Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.
Azərbaycan məscidlərində Qurban bayramı ilə bağlı bayram namazı qılınıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Bu gün səhər saatlarında Azərbaycan məscidlərində Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

Trend-in məlumatına görə, paytaxtın və ölkənin digər məscidlərində bayram namazı qılınıb.

Bayram mərasimlərinə məscid axundları, imam-camaatlar və ölkənin dini elitasının digər məsul şəxsləri rəhbərlik ediblər. Mərasimlərdə dualar oxunub, bayram namazı qılınıb, dini xadimlərin xütbələri dinlənilib.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı oktyabrın 4 və 5-i qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti