• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycanda pensiyaçıların 60 faizdən çoxu yaşa görə əmək pensiyası alanlardır

10 Oktyabr 2014 17:57 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əməkhaqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bunu Fond Aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev deyib.

O bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə, 2014-cü ilin 1 oktyabr tarixinə 1286,2 min nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə 9,1 min nəfər və ya 0,7 faiz artıb. Pensiyaçıların 782 581 nəfərini və ya 60,9%-ni yaşa görə, 363 181 nəfərini və ya 28,2%-ni əlilliyə görə, 140 425 nəfərini və ya 10,9%-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

2014-cü ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 191,5 manat təşkil edib. Hazırda yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əməkhaqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərini tam cavab verir.

Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb. Göstərilən xidmətlər vətəndaşlara hesabatları elektron formada təqdim etmək, pensiya kalkulyatoru vasitəsilə pensiyasının məbləği barədə məlumat almaq, pensiya və müavinətləri avtomatlaşdırılmış qaydada təyin etmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək, sığortaolunanların elektron qaydada uçota alınması, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə etmək və s. imkanlar yaradır. Əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında yardım masaları yaradılıb, müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilib. Göstərilənlərin nəticəsi olaraq Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlər "elektron hökumət" portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də "elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb ki, bu da ümumi vətəndaş müraciətlərinin azalmasında və şəffaflığın daha da artmasında öz rolunu oynayıb.

Sonda DSMF-nin sektor müdiri Rüfət Oruclu Fondun elektron xidmətləri ilə bağlı təqdimatla çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Elşən Məmmədəliyev
  • pensiyaçılar
  • Dövlət Sosial Müdafiə Fondu
Azernews Newspaper
Digər xəbərlər
Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 10,50 faiz artım qeydə alınıb
İqtisadiyyat 10 Aprel 11:42
Baxımsız, kimsəsiz və yetkinlik yaşına çatmayanların sığınacaqlara yerləşdirilməsi müzakirə edilib (FOTO)
Cəmiyyət 24 Noyabr 2017 16:13
2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri artacaq
İqtisadiyyat 15 Noyabr 2017 11:54
Azərbaycanda pensiyaçıların sayı artıb
Biznes və iqtisadiyyat xəbərləri 10 Oktyabr 2017 10:26
DSMF-nin gəlirləri 260 milyon manat artıb
Biznes və iqtisadiyyat xəbərləri 19 İyul 2017 11:36
2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kəsirsiz olacaq
Biznes və iqtisadiyyat xəbərləri 8 Dekabr 2016 12:46
Azərbaycan əhalisinin 13 faizindən çoxu pensiyaçıdır
Cəmiyyət 17 Avqust 2016 14:19
Dövlət Sosial Müdafiə Fonduna yeni direktor və müavinlər təyin olundu
Biznes və iqtisadiyyat xəbərləri 13 İyul 2016 15:20
Nəzarət Palatası: Pensiyaçılara kredit verilməsi müvəqqəti dayandırılıb (ƏLAVƏ OLUNUB)
Biznes və iqtisadiyyat xəbərləri 22 Aprel 2016 14:02
Dövlət Sosial Müdafiə Fondu nazirliyə birləşdirildi
Siyasət 18 Mart 2016 18:38
Pensiyalar artımla birlikdə artıq təqaüdçülərin hesablarına köçürülüb
Biznes və iqtisadiyyat xəbərləri 4 Mart 2016 16:29
Azərbaycanda yığım pensiya planları həyata keçiriləcək
Biznes və iqtisadiyyat xəbərləri 4 Mart 2016 16:23
Dövlət Sosial Müdafiə Fondunun dəqiqləşdirilmiş büdcəsi Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlığını artıracaq (ƏLAVƏ OLUNUB)
Biznes və iqtisadiyyat xəbərləri 26 Fevral 2016 11:46
Elman Mehdiyev: Sığorta-pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir
Biznes və iqtisadiyyat xəbərləri 1 Fevral 2016 17:09
Azərbaycan özəl pensiya fondlarının fəaliyyəti üçün hüquqi baza yaradıb
Biznes və iqtisadiyyat xəbərləri 18 Yanvar 2016 13:33
Azərbaycanda dəfn üçün müavinətin həcmi artırılacaq
Biznes və iqtisadiyyat xəbərləri 18 Yanvar 2016 13:31
Yanvar ayının pensiyaları vaxtından əvvəl veriləcək (ƏLAVƏ OLUNUB)
Biznes və iqtisadiyyat xəbərləri 18 Yanvar 2016 12:32
DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,84 faiz artıb
Cəmiyyət 12 Yanvar 2016 10:37
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter