...

Bakının bəzi ərazilərində su olmayacaq

Cəmiyyət Materials 13 Oktyabr 2014 12:46 (UTC +04:00)
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Bakının bəzi ərazilərində su olmayacaq

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Bakının bəzi ərazilərində su olmayacaq. Bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Maştağa-Ramana-Sabunçu magistral su kəmərinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 14 oktyabr 2014-cü il saat 09:00-dan etibarən Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə - Ramana Südçülük Sovxozuna, məcburi köçkün şəhərciyinə, Yeni Suraxanı və Savalan yaşayış massivlərinə, eləcə də Samir Əliyev küçəsinin bir hissəsinə içməli suyun verilməsi 36 saat müddətində məhdudlaşdırılacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti