...

AMEA-nın strukturunda dəyişiklik edilib

Cəmiyyət Materials 15 Oktyabr 2014 17:10 (UTC +04:00)
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının strukturunda dəyişiklik edilib.
AMEA-nın strukturunda dəyişiklik edilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının strukturunda dəyişiklik edilib.

Trend AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rəyasət Heyətinin Mərkəzi Aparatının Hüquqi təminat şöbəsi, Təhsil və kadrlar şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib. Hüquqi təminat şöbəsinin bazasında Ərizə və şikayətlər şöbəsi və Kadrlar şöbəsi və Qanunvericilik təminatı şöbəsindən ibarət Hüquq və Kadrlar İdarəsi yaradılıb.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Hüquq və Kadrlar İdarəsinin Əsasnaməsi təsdiq edilib, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev idarənin rəisi vəzifəsinə təyin edilib.

AMEA-da, həmçinin Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsi, İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti