...

Azərbaycanda saxta diplom satmaqda ittiham olunan qadınların cinayət işi məhkəməyə göndərildi

Cəmiyyət Materials 16 Oktyabr 2014 12:34 (UTC +04:00)
Vətəndaş Şəlalə Hüseynovanın başqaları ilə əlbir olub cinayət əlaqəsinə girərək vətəndaşların etibarından sui-istifadə etmək və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməsi və yol verdiyi digər qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Azərbaycanda saxta diplom satmaqda ittiham olunan qadınların cinayət işi məhkəməyə göndərildi

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlkin İzzət/

Vətəndaş Şəlalə Hüseynovanın başqaları ilə əlbir olub cinayət əlaqəsinə girərək vətəndaşların etibarından sui-istifadə etmək və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməsi və yol verdiyi digər qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aparılmış istintaqla 2008-2014-cü illərdə Şəlalə Hüseynovanın Azərbaycan Pedoqoji Universitetinin müəllimi Zemfira Qasımova, Təhsil Nazirliyinin Elm şöbəsinin aparıcı məsləhətçisi Rəhilə Abdullayeva, tanışı İsmayıl İsmayılov və Şövkət Həziyeva ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərin müxtəlif ali təhsil müəssisələrinə qəbul etdirməsi və həmin ali təhsil müəssisələrinin diplomlarının verilməsi barədə yalandan vəd edib saxta diplomlar verməklə, habelə məhkəmədə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı yüngülləşdirmək adı altında vətəndaşlardan ümumilikdə 82 min 400 manat və 15 min ABŞ dolları məbləğində pulu aldatma yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan Şəlalə Hüseynovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma), İsmayıl İsmayılova, Rəhilə Abdullayevaya, Zemfira Qasımovaya 178.3.2-ci, Şövkət Həziyevaya isə 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti