...

Bakıda müəllimlər üçün differensial əməkhaqqı sistemi tətbiq ediləcək

Cəmiyyət Materials 16 Oktyabr 2014 14:17 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Bakının orta məktəblərində çalışan müəllimlər üçün differensial əməkhaqqı sisteminin tətbiqi ilə bağlı hökumətə təkliflər verəcək.
Bakıda müəllimlər üçün differensial əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Bakının orta məktəblərində çalışan müəllimlər üçün differensial əməkhaqqı sisteminin tətbiqi ilə bağlı hökumətə təkliflər verəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması məqsədilə keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Bakıda demək olar ki, bütün orta məktəb müəllimləri sınaq qiymətləndirmədə iştirak edib: "Bu, sınaq qiymətləndirmədən sonrakı mərhələdə olan proseslərdən - attestasiyadan, dərs yükünün daha optimal paylanmasından sonra təhsil sistemində fəaliyyət göstərən müəllimlərin əməkhaqqı məsələsinə aparan yoldur".

Nazir qeyd edib ki, növbəti həftələr ərzində yeni təklif Nazirlər Kabinetinə tədim ediləcək: "Bu məsələyə Təhsil Nazirliyinin mütəxəssislərindən əlavə, Maliyyə Nazirliyinin mütəxəssisləri çox böyük töhfə verib. Hazırda son hazırlıq işləri aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti