...

"Yəhudilər hər zaman Azərbaycanın yanındadır"

Cəmiyyət Materials 28 Oktyabr 2014 15:00 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Şmuel Simantovu qəbul edib.
"Yəhudilər hər zaman Azərbaycanın yanındadır"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Şmuel Simantovu qəbul edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı M.Qurbanlı bildirib ki, Azərbaycan vətəndaşı "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir. Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir.

R.Ş.Simantov Azərbaycanda yəhudilərə göstərilən diqqətdən, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib. Qonaq qeyd edib ki, Azərbaycanda yəhudilərə qarşı daima xoş münasibət olub: "Biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq".

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda R.Ş.Simantov qəbula görə Dövlət Komitəsinin sədri M.Qurbanlıya təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti