...

Bakıda İran məhsullarının sərgisi keçiriləcək

Cəmiyyət Materials 11 Noyabr 2014 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

Noyabrın 17-də Bakıda ixtisaslaşmış İran məhsulları sərgisinin açılışı olacaq. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın Ticarət və İnkişaf Təşkilatı sədrinin marketinq və əlaqələrin qurulması üzrə müavini Əbutalib Bədri deyib.

Ə.Bədri bildirib ki, tədbir Azərbaycan və İran sənaye şirkətlərinin müştərək sərgilərinin təşkili üçün şərait yaradılması və iki ölkə tacirlərinin qarşılıqlı əlaqələrinin artırılmasını dəstəkləmək məqsədilə təşkil olunur.

Onun sözlərinə görə, Bakıda keçiriləcək 4 günlük sərgidə İranın müxtəlif bölgələrindən, o cümlədən Tehran, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Xuzestan, Xorasan Rəzəvi və s. əyalətlərdən 47 şirkət məhsul və xidmətlərini nümayiş etdirəcək.

Ə.Bədri deyib ki, sərgidə əsasən ərzaq məhsulları, istehsal avadanlıqları, neft-kimya məhsulları, avtomobil və avtomobil hissələri, tikinti materialları, tibbi avadanlıq, məişət əşyaları, xalça, mebel, əl işləri istehsalı, yükdaşıma və turizm sahəsində çalışan şirkətlər iştirak edəcəklər.

Sərgi Baku Ekspo Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, sonuncu belə sərgi Bakıda 2010-cu ildə təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti