...

Bakı-Böyük Kəsik dəmir yolunda təmir işlərinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2014 09:51 (UTC +04:00)
Poylu-Salahlı mənzilində 6,2 km yol əsaslı təmir olunur.
Bakı-Böyük Kəsik dəmir yolunda təmir işlərinə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/

Poylu-Salahlı mənzilində 6,2 km yol əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur.

Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

Noyabrın 13-də Poylu-Salahlı mənzilində 6,2 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri beş gün davam edəcək.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artiq 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqramı"nin icrasi çərçıvəsində Bakı-Böyük Kəsik istiqamətində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib və bu günə kimi 354,4 km yol əsaslı təmir olunub. Bunun da 342 kilometri 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti