...

Azərbaycan sinoptikləri istirahət gününə hansı hava şəraitini vəd edirlər?

Cəmiyyət Materials 15 Noyabr 2014 13:20 (UTC +04:00)
İstirahət günü Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycan sinoptikləri istirahət gününə hansı hava şəraitini vəd edirlər?

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

İstirahət günü Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-11, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti