...

Xaçmaz dəmiryol stansiyasında obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2014 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC-nin 2014-cü ildə MM tədbirlər planına müvafiq olaraq, 18 noyabr 2014-cü il tarixdə Xaçmaz dəmir yolu stansiyasının ərazisində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti mülki müdafiə məşqi kecirilmişdir.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq Xaçmaz dəmir yol stansiyasının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu və qeyri dəmir yolu müəssisələrinin işçiləri məşqə cəlb olunmuşdur.

Məşqin əsas məqsədi fövqəladə hallar zamanı stansiyanın ərazisində yerləşən obyektlərin müki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında müki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, müki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən məşqdə stansiyanın ərazisində yerləşən obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, müki müdafiə qüvvələri iştirak edirdlilər.

Xaçmaz stansiyasında keçirilən obyekt məşqi həyəcan siqnalının verilməsi ilə başladı. Rəhbər işçilər Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplandılar. Obyekt rəhbəri, Xaçmaz stansiyasının rəisi Xankişi Zeynalov məlumat verdi ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində inzibati binada yanğın, tək boğazda 40 metr dəmir yolu dağılmış, rels çərçivələri yararsız hala düşmüşdür, yanğından zərər çəkənlər və xəsarət alanlar var.

Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verdi. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirildi. İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərlədi və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər gördülər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində "Yanğın həyəcanı" siqnalı verildi. Kəşfiyyat manqası əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri MM rəhbərinə məruzə etdi. Yanğından mühafizə qatarı və xilasetmə manqaları əraziyə daxil oldu, işçilər inzibati binadan təxliyyə olundu, mövcud vasitələrlə yanğın ocaqları söndürüldü. Yaralılar ərazidən kənarlaşdırıldı. Yaralılara ilkin tibbi yardım göstərildi və onlar xərəklə tibb məntəqəsinə aparıldılar. Bərpa manqası, əraziyə yaxınlaşaraq bərpa işlərinə başladı.

Məşqdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirdi və aktiv iştiraka görə hər kəsə minnətdarlıq etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti