...

Təhsil Nazirliyindən şagirdlərlə bağlı yeni layihə

Cəmiyyət Materials 21 Noyabr 2014 12:29 (UTC +04:00)
Təhsil Nazirliyi şagirdlərdə mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb.
Təhsil Nazirliyindən şagirdlərlə bağlı yeni layihə

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi şagirdlərdə mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb. Trend nazirliyin saytına istinadən xəbər verır ki, layihənin əsas məqsədi təhsil müəssisələrinin nəzdində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanış olması üçün şəraitin yaradılmasından ibarətdir.

Bu ilin dekabrından start götürəcək layihənin Bakı şəhəri Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə və Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyində təqdimatı olacaq.

Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılması və təbliğinə nail olunması layihənin əsas hədəfləri sırasındadır.

Layihədə təhsil müəssisələrinin I-XI sinif şagirdləri, valideynlər, müəllimlər, inzibati heyət (məktəb direktoru və müavinləri), eləcə də ictimaiyyət nümayəndələrinin, uşaq birliyi, günü uzadılmış qrup və məktəbəqədər qrup rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti