...

Masallı məktəblilərində bir sıra xəstəliklər aşkar edilib

Cəmiyyət Materials 29 Noyabr 2014 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İlkin İzzət/

Müayinə zamanı Masallıda məktəblilərin bir qismində xəstəliklər aşkarlanıb.

Trend CTV-yə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasına uyğun olaraq, Bakı ilə yanaşı, respublikamızın bölgələrində də tibbi müayinələr davam etdirilir.

Növbəti belə aksiya Masallı rayonunun Ərkivan kəndində, 2 saylı tam orta məktəbdə baş tutub. Masallı Rayon Mərkəzi Xəstəxanasının həkim birqadası tərəfindən aparılan tibbi müayinələrə bütün yaş qrupları üzrə məktəblilər cəlb edilib.

Xəstəxananın baş pediatrı İlqar Qurbanov deyib ki, rayonda təhsil alan 45 min 674 məktəblidən 42 mini artıq müayinədən keçirilib. Müayinələr zamanı şagirdlərin bir qismində ürək qüsüru aşkar edilib. Bununla yanaşı, uşaqlarda immunitet və kalsium çatışmazlığına rast gəlinib. Xəstəliklərin aşkar edildiyi şagirdlər dərhal müalicəyə cəlb edilib.

Uşaqların tibbi müayinədən keçirilməsi kampaniyası dekabrın sonunadək davam edəcək. Kampaniyanın əsas məqsədi uşaqların sağlamlığını qorumaq, onlarda hər hansı xəstəliyi öncədən aşkarlamaq və müalicəyə cəlb etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti