...

Sabah üçün hava proqnozu

Cəmiyyət Materials 8 Dekabr 2014 13:04 (UTC +04:00)
Bakıda və Abşeron yarmadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah üçün hava proqnozu

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda və Abşeron yarmadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq, cənub küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-5, gündüz 8-11 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Azərbaycan rayonlarında isə havanın əsasən gecə və səhər bəzi yerlərdə dumanlı və çiskinli keçəcəyi, Lənkəran-Astara zonasında az yağıntılı olacağı proqnozlaşdırılır.

Cənub-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti