...

Təklif: mini yarmarkalar təşkil olunsun!

Cəmiyyət Materials 15 Dekabr 2014 11:17 (UTC +04:00)
Yeni İl Bayramı yaxınlaşır. Bir sıra ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat artır. Tələbatın ödənilməsi və daha çox mal satışı üçün ticarət obyektləri də daha çox mal tədarük etməklə “bayrama hazırlaşır”
Təklif: mini yarmarkalar təşkil olunsun!

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Yeni İl Bayramı yaxınlaşır. Bir sıra ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat artır. Tələbatın ödənilməsi və daha çox mal satışı üçün ticarət obyektləri də daha çox mal tədarük etməklə "bayrama hazırlaşır" və öz bol çeşidli ərzaqları əhalinin tələbatını ödəməyə çalışırlar. "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva Trend-ə bildirib ki, əldə etdiyimiz məlumatlara görə, hər il olduğu kimi, bu ildə də Bakı rayonlarında yamarkaların təşkil olunması gözlənilir. Bayram ərəfəsində yarmarkaların təşkili və satılan malların keyyfiyyəti də istehlakılar tərəfindən müsbət qiymətləndirilir.

Rahilə Mehdiyeva bildirib ki, yarmarkaların təşkili, bazara daha çox çeşiddə malların çıxarılmasına, qiymətlərin stabilliyinə, bəzi hallarda isə aşağı düşməsinə səbəb olur: "Ancaq yarmarkaların harada təşkil olunması da vacib amildir. Yarmarkaların yerləşdiyi ərazi mümkün qədər geniş olmalıdır. Məsələn, təcrübə göstərir ki, metronun Həzi Aslanov stansiyası yaxınlığında təşkil olunmuş yarmarka yerinə və məkanına çox uyğundur. Yarmarkanın nisbətən geniş ərazidə yerləşməsi həm avtomaşınların gedişinə mane olmur, həm də əhalinin yarmarkaya giriş-çıxışı, xidmətlərdən istifadə etməsi rahatdır. Eyni sözləri metronun "Gənclik" metrosu stansiyasının yaxınlığında təşkil olunan yarmarkaya da aid etmək olar. Bu cür yarmarkalar istehlsalçılara satış imkanlarının genişlənməsinə, istehlakçılara isə bazardan daha ucuz qiymətə ərzaq məhsulları almasına xidmət edir. Onu da qeyd edək ki, Azərbaycanın bu sahədəki təcrübəsi postsovet respublikalarında da tətbiq olunmaqdadır.
Bununla belə, hesab edirik ki, zaman keçdikcə yarmarkalardan istifadə də təkmilləşdirilməlidir. Fikrimcə, bayram zamanı bəzi böyük məhəllə və küçələrdə mini yarmarkaların təşkil olunması da səmərəli olardı. Bu, bir tərəfdən istehlakçıların uzun yol qət etməsinin qarşısını alar və sahibkarlar üçün satış şəbəkəsini daha da genişləndirərdi. Bizə isə yarmarka təşkilatçılarına uğur, istehlakçılara bayram ovqatı arzulamaq qalır. Necə deyərlər, bazarımız bol, süfrəmiz dolu olsun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti