...

Bakının Ziya Bünyadov prospektindən xəbər var

Cəmiyyət Materials 15 Dekabr 2014 12:59 (UTC +04:00)
Paytaxtın Ziya Bünyadov prospektinin əsas yolunda üfüqi nişanlanma, yol nişanları və lövhələrin quraşdırılması başa çatdırılıb.
Bakının Ziya Bünyadov prospektindən xəbər var

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Ziya Bünyadov prospektinin əsas yolunda üfüqi nişanlanma, yol nişanları və lövhələrin quraşdırılması başa çatdırılıb.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd eidb ki, hazırda köməkçi hissələrdə yol nişanlarının quruşdırılması və üfüqi nişanlanma işləri aparılır: "Bundan əlavə, prospektin Böyük Şor yol qovşağına birləşən sahəsində və dönmə əməliyyatı üçün nəzərdə tutulan hissəsində asfalt-beton örtüyünün sonuncu qatının vurulması davam etdirlir. Hava şəraiti imkan verərsə, işlərin gün ərzində başa çatdırılması gözlənilir. Bu gün həmin sahədə işlər yekunlaşarsa, səhər saatlarında sözügedən bağlı hissənin açılması planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti