...

Bakı Metropoliteni işçilərin kütləvi ixtisarı məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 18 Dekabr 2014 10:06 (UTC +04:00)
“Bakı Metropoliteni”ndə işçilərin heç bir ixtisarı aparılmır. Stansiyaların tikintisi də əvvəlki sürəti ilə davam edir.
Bakı Metropoliteni işçilərin kütləvi ixtisarı məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İlkin İzzət/

"Bakı Metropoliteni"ndə işçilərin heç bir ixtisarı aparılmır. Stansiyaların tikintisi də əvvəlki sürəti ilə davam edir.

Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Qeyd edək ki, bir sıra KİV-lərdə dünya bazarında neftin ucuzlaşması səbəbindən Bakı Metropolitenində yeni stansiyaların tikintisinin dayandırıldığı və Səhmdar Cəmiyyətinin 1500 işçisindən 900 nəfərinin öz hesabına məzuniyyətə göndərildiyi, 600 nəfərin isə sadəcə görüntü üçün işdə saxlanıldığı barədə məlumatlar yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti