...

DİN yol qəzası ilə bağlı məlumat yaydı

Cəmiyyət Materials 10 Yanvar 2015 14:16 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Qaradağ rayonu Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
DİN yol qəzası ilə bağlı məlumat yaydı

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Daxili İşlər Nazirliyi Qaradağ rayonu Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Trend DİN-in saytına istinadən bildirir ki, yanvarın 9-da saat 9 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində Göygöl rayon sakini Yasin Cabbarov idarə etdiyi "Daewoo" markalı avtomobili yol ayırıcısına vurub.

Onun sərnişinlərindən həmyerliləri Altay Sadıxov və Yasəmən Hacıyeva hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti