...

QHT sədri: “Prezident humanist addımı ilə bizi xərclərdən azad etdi”

Cəmiyyət Materials 15 Yanvar 2015 15:07 (UTC +04:00)
Azərbaycan Prezidentinin tapşırığına əsasən, Tarif Şurasının neft məhsullarının satış qiymətləri barədə qərarına yenidən baxılması dünənki günün əsas xəbərinə çevrildi.
QHT sədri: “Prezident humanist addımı ilə bizi xərclərdən azad etdi”

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Tarif Şurasının neft məhsullarının satış qiymətləri barədə qərarına yenidən baxılması dünənki günün əsas xəbərinə çevrildi. "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva Trend-ə bildirib ki, məlum olduğu kimi, Tarif Şurasının yanvarın 12-də keçirilmiş iclasında qəbul edilmiş qərara əsasən, Vergi Məcəlləsinə edilən dəyişikliklərlərə uyğun olaraq, ölkə ərazisində istehsal edilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik yol vergisi əlavə edilməklə satış qiymətləri artırılmışdı.

Aparılan müşahidələr göstərdi ki, qiymət artımı cəmi bir gün davam etsə də, bəzi işbazlar, xüsusilə də taksi sürücüləri bundan sui-istifadə etməyə cəhd etdilər. Bəzi satıcılarda da qiymətləri müəyyən qədər qaldırmaq əhval-ruhiyyəsi hiss olundu. Bundan başqa, qiymət artımına səbəb olacaq heç bir iqtisadi əsas olmasa da, neft məhsullarının bahalaşmasının nəqliyyatda və metroda, kommunal sahədə qiymət artımına səbəb olacağına dair fikirlər də dolaşmağa başladı.

Yanvarın 14-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Tarif Şurasının növbədənkənar iclası keçirildi. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxıldı və benzinin, dizel yanacağının və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflər hesabına ödənilməklə əvvəlki səviyyəyə qaytarıldı. Dövlət başçısının bu humanist addımı bütün bunlara birdəfəlik son qoydu. Ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan və bu istiqamətdə mütəmadi olaraq addımlar atan Prezident İlham Əliyev bir daha göstərdi ki, sosial-iqtisadi siyasətinin mərkəzində insan amili və onun rifahının yaxşılaşdırılması dayanır.

Sirr deyil ki, hazırda dünyanın hər yerində büdcəyə daxilolmaların artırılması uğrunda "mübarizə" gedir.

Hesablamalara görə, sonuncu tarif dəyişikliyi nəticəsində büdcəyə təxminən 60-70 milyon vəsait daxil olacaqdı. Ancaq dünyada baş verən hazırkı iqtisadi çətinliklər fonunda belə ölkəmizdə bu addım atılmadı və bəzi "ekspertlərin" büdcəni qiymət artımı hesabına "doldurmaq" barədə mülahizələrinə birdəfəlik son qoyuldu. Bundan başqa, artıq avtomobil vasitəsinin istismarına görə yol vergisi fiziki və hüquqi şəxslər tərəfindən deyil, yanacaq istehsal və idxal edən şirkətlərin hesabına ödəniləcək. Bununla da , nəqliyyat vasitəsi sahibləri faktiki olaraq yol vergisindən azad olundular.

Nəzərə alsaq ki, Azərbaycanda 1,3 milyondan çox avtonəqliyyat vasitəsi qeydiyyata alınıb, Cənab Prezidentin tapşırığı ilə neft məhsullarının qiymətinin aşağı salınması yanacaq istehlakçılarını təxminən 60-70 milyonluq xərcdən azad etdi. Biz istehlakçılar dövlət başçısının humanist addımını bir daha alqışlayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti