...

Əhalinin nəzərinə: Bakıda saxta pullar dolaşır

Cəmiyyət Materials 16 Yanvar 2015 12:51 (UTC +04:00)
Bakıda 20 min dollar saxta dollar satan şəxs tutulub. Ondan əlavə olaraq 1800 manat saxta manat götürülüb.
Əhalinin nəzərinə: Bakıda saxta pullar dolaşır

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda 20 min dollar saxta dollar satan şəxs tutulub. Ondan əlavə olaraq 1800 saxta manat götürülüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
Nərimanov rayonunun Təbriz küçəsində yerləşən parkda Şamaxı şəhər sakini Mehman Qafarov 200 ədəd 100 dollarlıq saxta əskinas satarkən tutulub. Onun üzərinə baxış zamanı əlavə 18 ədəd 100 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti