Yeni islahatların bir addımlığında

Yeni islahatların bir addımlığında

Azərbaycan xəbərlər xidməti

İlhamə İsabalayeva - Trend:

Azərbaycan təhsili onu gözləyən ciddi islahatların bircə addımlıq məsafəsindədir. Təhsilin keyfiyyətini yüksəltməyi vəd edən, dövlətin gələcək illər üçün təhsil siyasətini özündə əks etdirən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyət Planı"nın yanvarın 19-da ölkə Prezidentinin sərəncamı ilə təsdiqlənməsi strategiyadakı məsələlərin icrasını reallaşdırır.

Təhsil sistemimizi kökündən dəyişməyi nəzərdə tutan yeni sənəddə 2024-cü ilə kimi təhsilin bütün pillələri və istiqamətləri üzrə, eləcə də dərsliklərin hazırlanması, istedadlı uşaq və gənclərin üzə çıxarılması, ali məktəblərə təhsilin məzmununun müəyyənləşdirilməsi prosesində müstəqillik verilməsi, onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, təhsil müəssisələrində şəffaf idarəetmə modelinin yaradılması və s. üzrə bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Məktəbəqədər təhsilin rolu təhsilin sonrakı pillələrində mühüm olduğundan Fəaliyyət Planında uşaqların erkən yaş dövründə inkişafına xüsusi diqqət yetirilib. Təhsilin bu pilləsi ilə bağlı verilən ən mühüm qərarlardan biri məktəbəhazırlıq təhsilinin bir il müddətinə icbari olmasına dairdir. Hesab etmək olar ki, yeni sənədlə Azərbaycanda birinci sinifə gedəcək uşaqlar üçün bu yeniliyin tətbiqi 2018-ci ilədək reallaşacaq.

Fəaliyyət Planında toxunulan mühüm məsələlərdən biri də dünya təhsil sistemində çoxdan tətbiq edilən modula - 12 illik təhsil sisteminə keçidin təmin edilməsidir ki, bununla bağlı da qarşıya cox aydın məqsədlər qoyulub. Keçidi çoxdan planlaşdırılan 12 illik ümumi təhsil sisteminin milli məzmun və qiymətləndirmə standartlarının hazırlanmasına bu ildən başlanacaq. Bu da çoxdan nəzərdə tutulmuş bir mühüm yeniliyin icrası üçün atılmış əsaslı addım olacaq. 12 illik ümumi təhsil sisteminə keçid üçün ölkəmizdə icbari təhsil pilləsinin müddəti bir il artırılacaq və 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modeli tətbiq olunacaq. Hələlik ölkədə bu modelə mərhələli şəkildə keçmək planlaşdırılır.

12 illik təhsil sisteminə keçidə hazırlıq məqsədilə tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi də nəzərdə tutulur ki, artıq bu məsələ Fəaliyyət Planına daxil edilib. Yeni sənədə əsasən, 2017-ci ildən etibarən mütəmadi olaraq tam orta təhsil səviyyəsində təhsil müəssisələri müxtəlif istiqamətlər üzrə bölünəcək. Tədrisin təmayüllər üzrə təşkili repetitorluğun qarşısını almaqla yanaşı, ali təhsil sistemində müəyyən dəyişikliklərin baş verməsinə də gətirib çıxaracaq.

Təhsil naziri Mikayıl Cabbarovun hələ bir müddət əvvəl açıqladığı məlumata görə, bu islahat yalnız orta təhsil sisteminə deyil, ali təhsil sisteminə də təsir göstərəcək. Belə ki, hazırda ali məktəblərdə bakalavriat səviyyəsi üzrə təhsil alan I və II kurs tələbələrinə bir sıra ümumi fənlər tədris edilirsə, 12 illik təhsil sisteminin tətbiqindən sonra I və II kurslarda həmin ümumi fənlər ixtisar ediləcək. Bu da tələbələrin ali təhsil müddətində seçdikləri ixtisaslara daha yaxşı yiyələnmələrinə imkan verəcək.

Müəllim hazırlığı və müəllim nüfuzunun artırılmasına xüsusi yanaşmanın tətbiq edildiyi strategiyanın icrası ilə bağlı təsdiqlənmiş Fəaliyyət Planı müəllim olmaq istəyənlər üçün də əsaslı dəyişikliklərin olunmasını da real edəcək. Müəllim hazırlığında praktik hazırlığı gücləndirməkdən ötrü vacib hesab edilən internatura modelinin tətbiqi qaydalarının hazırlanması və təsdiqi 2016-2017-ci illərdə həyata keçiriləcək. Bu isə onu deməyə əsas verir ki, artıq yaxın iki ildən sonra müəllim olmaq istəyənlər internaturadan keçməli olacaqlar və bütün bu yeniliklər gənc müəllimin orta məktəb sinfinə tam hazırlıqlı daxil olmasına imkan verəcək.

İnternaturanın neçə il davam edəcəyi hələ rəsmi olaraq, açıqlanmasa da, Təhsil Nazirliyi hələ ötən il verdiyi məlumatlarda internaturanın bir illik olmasının nəzərdə tutulduğunu bildirmişdi. intenatura müddətində müəllim olmaq istəyənlər məktəblərdə məhz praktik fəaliyyətlə məşğul olacaq, praktik vərdişlər əldə edəcəklər. Bundan əlavə, ali məktəblərdə müəllimlik ixtisaslarını seçənlər üçün xüsusi stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, onlar üçün indiyədək rəqabət qabiliyyətinə əsaslanmayan əməkhaqqı sistemi dəyişdiriləcək. Yeni Fəaliyyət Planına görə, yaxın illərdə bununla bağlı - müəllimlərin əməkhaqqının artırılması, onlar üçün diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlər hazırlanacaq. Bütün bu stimullaşdırıcı tədbirlərin icrasından sonra gözləmək olar ki, savadlı, bacarıqlı müəllimlər yaxın illərdə onları narahat edən "maaş azlığı" problemindən qurtulacaqlar.

Gözlənilir ki, Faəliyyət Planında müəllimlik ixtisası ilə bağlı tətbiq ediləcək yeni qaydalar - internatura, stimullaşdırıcı tədbirlərin görülməsi müəllimlik ixtisasının nüfuzunun yüksəlməsinə səbəb olmaqla yanaşı, ölkədə hər bir gələcək kadrın hazırlanmasında mühüm rol oynayan müəllimlik ixtisasını seçənlərin sayının artmasına da təsir göstərəcək.

Güman etmək olar ki, qeyd edilən məsələlərlə yanaşı, dərsliklərin hazırlanması, ilk peşə-ixtisas və orta ixtisas təhsili ilə bağlı bir çox problemləri həll edəcək bu yeni sənəd Azərbaycanda təhsilin bütün pillələri üzrə təhsilin məzmununun müasirləşməsinə, kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, təhsildə idarəetmənin, infrastrukturun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək. Hazırda yalnız kağız üzərində olan bu tədbirlərin icrası Azərbaycanda təhsilin yeni modelinin qurulmasına töhfə verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafını təmin edəcək.

Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Loading Bars
Xəbər lenti
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır
Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdləri üçün buraxılış imtahanı keçirilir
"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Cəbrayıl rayonunun Papı kəndi (VİDEO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb
Finlandiyada seçkilər təxirə salındı
Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb - SİYAHI
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb
Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Ermənistanda siyasi gərginlik - Antirusiya meyilləri artır
“Oba” marketdə nöqsanlar aşkarlanıb (FOTO)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir
Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Bakı sakinləri Biləsuvarda külli miqdarda heroinlə tutuldu
Putinin köməkçisi koronavirusa yoluxub
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək - Çavuşoğlu
Ötən il etdiyi oğurluqların üstü açılıb
Qadınların məşğulluğu ilə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib
Sabah güclü külək əsəcək
Direktorluğa qəbul üzrə imtahanlar keçirilir (FOTO)
Müdafiə naziri qadınları təbrik edib
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi
Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Liviyanin müvəqqəti işlər vəkili
Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar
Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub
Bu günədək DSX-nin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub
Bütün xəbərlər