...

Prokuror Seymur Həziyevə 6 il cəza istədi

Cəmiyyət Materials 22 Yanvar 2015 17:07 (UTC +04:00)
Bu gün Abşeron Rayon Məhkəməsində həbsdə olan jurnalist Seymur Həziyevin və Məhərrəm Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prokuror Seymur Həziyevə 6 il cəza istədi

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Anar Əliyev/

Bu gün Abşeron Rayon Məhkəməsində həbsdə olan jurnalist Seymur Həziyevin və Məhərrəm Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror S.Həziyevin 6 il, M.Həsənovun isə 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası yanvarın 27-də davam etdiriləcək.

Abşeron rayon Polis Şöbəsi və Prokurorluğunun birgə yaydığı məlumata görə, avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində S.Həziyevlə Bakı şəhər sakini M.Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və S.Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla həmçinin M.Həsənovun aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, S.Həziyevi söyərək yumruqla vurub sonuncuya bədən xəsarətləri yetirməsində əsaslı şübhələr müəyyən edildiyindən o, sentyabrın 3-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

M.Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti