Azərbaycanda yol hərəkəti ilə bağlı yeni qaydaların tətbiqinə başlanılır

Azərbaycanda yol hərəkəti ilə bağlı yeni qaydaların tətbiqinə başlanılır

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişikliklər edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən olenar iclasında, "Yol hərəkəti haqqında" qanunun 84-cü maddəsinin 3-cü bəndinə edilən dəyişikliyə görə, inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını özündə saxlamaq yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri sırasından çıxarılır.

Həmin maddənin redaktə edilmiş 6.1-ci bəndinə əsasən, bundan sonra yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirməlidir.

Maddəyə əlavə edilmiş 6.2-ci bəndə görə isə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verməlidir.

Qanunun 85-ci maddəsinin 2.1-ci bəndinə edilən dəyişikliyə görə, bundan sonra yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu xüsusi texniki vaxitələrdən istifadə etməklə müəyyən olunduqda həmin sürücüdən nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilməyəcək.

Həmin maddənin 5-ci bəndi isə ümumiyyətlə ləğv edilir. Həmin bəndə görə, nəqliyyat vasitəsini idarə edən şəxs müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşdıqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparırdı (əgər sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raportu nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərirdi).

Bundan başqa, 85-ci maddənin 10-cu bəndi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı bu qanunun 52-ci maddəsinin dördüncü və altıncı hissələrində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, İXM-in 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edəcək və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərəcək. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda İXM-in 429-5.6-cı maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edəcək və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyacaq.

Həmin maddənin 13-cü bəndi də dəyişdiriləcək. Dəyişikliklərə görə, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.

Milli Məclis tərəfindən həmçinin qanunun 85-1-ci (Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydası) maddəsinin adı və mətninin ümumiyyətlə ləğv edilməsi nəzərdə tutulur. Dəyişikliklərdən sonra 85-1-ci maddə "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat" adlanacaq. Yeni redaksiyada veriləcək maddəyə görə, yol hərəkəti qaydaları əleyhinə olan xətalar haqqında işlər üzrə icraat İXM ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

İXM-in 429-5-ci (İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası) maddəsinə ediləcək əlavəyə görə, bu Məcəlləsinin 429-5.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Məcəllənin 429-6.2.2-ci (İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma) maddəsinə edilən əlavəyə görə, nəqliyyat vasitəsinin istifadəçisinin mobil telefon nömrəsinə göndərilən SMS-də digər məlumatlarla yanaşı, onun inzibati xətanı törətdiyi vaxt barədə məlumat da yer alacaq.

İXM-in 452-ci (İnzibati cərimənin edilməsi haqqında qərarın icrası) maddəsinə edilən əlavədə isə qeyd edilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
Loading Bars
Xəbər lenti
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)
Formula 1 Azərbaycan Qran Prisi daha 1 il uzadılır
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib
Bakıda narkotik alverçisi 3 kiloqram heroinlə yaxalandı (FOTO/VİDEO)
Bütün xəbərlər