...

İstehlakçı: Müqavilə şərtlərinə diqqət et!

Cəmiyyət Materials 2 Fevral 2015 17:38 (UTC +04:00)
Bəzi məişət əşyaları dəst şəklində satılır (mebel,qab-qacaq və s).Təyinatından və xüsusiyyətlərindən asılı olaraq, bu cür malların bəzilərinin ticarət obyektləri tərəfindən çatdırılma və quraşdırılmanın satıcının hesabına həyata keçirilməsi şərti ilə satılması barədə elanlara tez-tez rast gəlirik.
İstehlakçı: Müqavilə şərtlərinə diqqət et!

Azərbaycan, Bakı, 2 fevral /Trend/

"Bəzi məişət əşyaları dəst şəklində satılır (mebel,qab-qacaq və s).Təyinatından və xüsusiyyətlərindən asılı olaraq, bu cür malların bəzilərinin ticarət obyektləri tərəfindən çatdırılma və quraşdırılmanın satıcının hesabına həyata keçirilməsi şərti ilə satılması barədə elanlara tez-tez rast gəlirik. Belə mallar alınarkən satıcı dəstə daxil olan predmetlər, eləcə də onların keyfiyyəti, göstəriləcək əlavə xidmətlər barədə alıcıya ətraflı məlumat verməlidir". Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.

Onun sözlərinə görə, ümumilikdə isə dəstlərin alınması zamanı həm əsas, həm də əlavə xidmətlərin göstərilməsi barədə müqavilənin bağlanması məqsədəuyğundur: "İstehlakçı ilə bağlanan müqavilələrdə dəst, ona daxil olan hissələr, göstərilən xidmətlər barədə məlumatlar əksini tapmalıdır. Bəzi hallarda bu cür dəstlər quraşdırılarkən ya dəstə daxil olan predmetlərdən, komplektləşdirici hissələrdən hansısa çatmır, ya da dəsti satan satış obyektinin nümayəndələri tərəfindən hansısa hissə sındırılır, zədələnir. Bu cür hallarda istehlakçı tərəfindən mal qəbul edilərkən, qeyd edilən nöqsanlar barədə satıcıya rəsmi bildiriş verilmədikdə sonradan catışmayan hissələrin, əşyanın qüsurlarının aradan qaldırılmasının tələb edilməsi xeyli çətinləşir. Satıcılar sınan və ya çatmayan hissə üçün əlavə vəsait tələb etdikdə istehlakçının baş verən halda təqsiri olmadığını sübut etmək mümkün olmur, satıcılar bir qayda olaraq malın tam komplektdə və qüsursuz təhvil verildiyini iddia edir. Müqavilədə malların çatdırılması və quraşdırılması öhdəliyinin satıcıda olduğu hallarda bu xidmətlə üçün istehlakçıdan əlavə pul tələb edilməməlidir.
Odur ki, bu cür dəstlər alarkən və ya satıcının təklif etdiyi əlavə xidmətlərdən istifadə edərkən müqavilə bağlamağı unutmayın və müqavilə şərtlərinə, malların qəbulu zamanı onların komplektinə, qüsursuz olub-olmamasına diqqət edin. Müqavilədə göstərilənləri tələb etmək sizin hüququnuz, müqavilə şərtlərinə əməl etmək isə satıcının borcudur. Hüquqlarınızı bilin və qoruyun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti