...

Sabah Bakıda havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək olacaq

Cəmiyyət Materials 2 Fevral 2015 17:51 (UTC +04:00)
Sabah Bakıda havanın temperaturunun çoxillik iqlim normasından 3-4 dərəcə yüksək olacağı gözlənilir.
Sabah Bakıda havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək olacaq

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda havanın temperaturunun çoxillik iqlim normasından 3-4 dərəcə yüksək olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, hazırda Bakıda müşahidə edilən temperatur iqlim normasından 2-3 dərəcə yuxarıdır.

Sabah Bakıda gündüz 10-15 dərəcə isti olacağı gözlənilsə də, bu temperatur rekord sayıla bilməz. Çünki ondan da yüksək temperatur - 17 dərəcəyədək isti 2003-cü ildə Bakıda qeydə alınıb.

Sabah Azərbaycanın Aran rayonlarda gündüz saatlarında 12-18, dağlıq rayonlarda 10-15 dərəcə isti olacaq ki, bu da normal hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti