...

Azərbaycanda rezidenturaya qəbul olmaq istəyənlər üçün ərizə qəbuluna başlanılır

Cəmiyyət Materials 13 Fevral 2015 13:56 (UTC +04:00)
Azərbaycanda fevralın 16-dan rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbuluna başlanacaq.
Azərbaycanda rezidenturaya qəbul olmaq istəyənlər üçün ərizə qəbuluna başlanılır

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda fevralın 16-dan rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbuluna başlanacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiaysından Trend-ə verilən məlumata görə, ərizə qəbulu internet vasitəsi ilə fevralın 16-dan 23-dək aparılacaq.

Namizəd ərizəni doldurduqdan sonra tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib "Namizədin elektron ərizəsi" formasını təsdiq etdirməlidir.

Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən "Elektron imza" sertifikatını əldə etmiş namizədlər həmin sertifikatlardan istifadə etməklə "Namizədin elektron ərizəsi" formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə bilərlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

İmtahanın birinci mərhələsi martın 15-də, ikinci mərhələsi iyulun 7-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti