...

Həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər cəmiyyətdə razılıqla qarşılanır

Cəmiyyət Materials 13 Fevral 2015 14:57 (UTC +04:00)
Müəllif ötən il ölkə həyatının bütün sahələrində aparılan mühüm işləri, qazanılan nailiyyətləri, habelə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində əldə olunan uğurları diqqətə çatdırır.
Həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər cəmiyyətdə razılıqla qarşılanır

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Azərbaycan" qəzetində yayımlanmış "Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq" sərlövhəli məqaləsində ötən il ölkəmizin hərtərəfli inkişaf göstəriciləri qeyd olunmaqla, həmin dövrdə Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətləri və müraciətlərə baxılması sahəsində görülən işlər barədə ətraflı məlumat verilir.

Müəllif ötən il ölkə həyatının bütün sahələrində aparılan mühüm işləri, qazanılan nailiyyətləri, habelə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində əldə olunan uğurları diqqətə çatdırır. Bildirilir ki, 2014-cü ildə Azərbaycan Prezidentinin imzaladığı 264 qanun, 350 fərman və 766 sərəncam əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, qanunvericilik bazasının təkmilləşdirilməsinə, hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsinə yönəlib. Bu aktların bir çoxu humanist məqsədlər daşıyıb. Dövlət başçısının təkcə əfv məsələlərinə dair imzaladığı 3 sərəncamla 342 məhkum əfv olunub.

Qeyd olunur ki, ölkə Prezidentinin ünvanına daxil olan müraciətlərin əksəriyyətində vətəndaşlar görülən işlərə görə razılıqlarını ifadə edir, Azərbaycan dövlətində yaşadıqlarına, bu dövlətin vətəndaşları olduqlarına görə fəxr etdiklərini yazırlar. Məqalədə ötən il Prezident Administrasiyasına daxil olan minnətdarlıq məktublarından bəhs olunarkən, əlil və şəhid ailələrindən, müharibə veteranları və digər imtiyazlı şəxslərdən daxil olmuş minnətdarlıq məktublarının da çox olduğu bildirilir: "II qrup Qarabağ müharibəsi əlilləri - Nəsimi rayonundan A.Quliyev, Nizami rayonundan M.Mehtiyev, Səbail rayonundan V.Cabbarlı, Bərdə rayonundan Z.Mamayev və digərləri müharibə veteranlarının müavinətlərinin və müharibə əlillərinin Prezident təqaüdünün artırılması, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və vəfat etmiş hesab edilən vətəndaşların uşaqlarının təhsil haqqından azad edilməsi, Qaradağ rayonundan Qarabağ müharibəsi veteranı A.Hüseynov özünün və qızının işə götürülməsi, Qax rayonundan şəhid atası H.Rəsulov, Qubadlı rayonunun Qarağaclı kəndindən məcburi köçkün, şəhid anası M.Ağayeva şəhid ailələrinə şamil edilən güzəşt və imtiyazlar, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, üzləşdikləri çətinliklərin aradan qaldırılması, Salyan rayonundan R.İbrahimov Çernobl əlillərinin problemlərinin həlli, Zərdab rayonundan Veteranlar Şurasının sədri H.Həsənov son illərdə təkcə Zərdab rayonunda imtiyazlı vətəndaşlara 34 ədəd, o cümlədən Böyük Vətən müharibəsi əlillərinə 13 ədəd minik avtomobilinin verilməsi barədə yazır və minnətdarlıq edirlər".

Məqalədə həmçinin deyilir: "Xaçmaz rayonundan I qrup Qarabağ müharibəsi əlili İ.Qədirovun məktubu isə Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən dövlət qayğısının səviyyəsini nümayiş etdirir: "Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən dövlət qayğısından çox razıyıq. Mən mənzil və fərdi avtomobillə təmin edilmişəm. Bu il Yunanıstanın Saloniki şəhərində yerləşən sanatoriyaya müalicəyə göndərildim və hazırda özümü çox gümrah hiss edirəm. Ən ağrılı, ən çətin günlərimdə dövlətimiz mənə dəstək olub, doğma münasibət göstərib, qayğı ilə yanaşıb".

Təbii ki, bu minnətdarlıq məktubları Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən il aparılan məqsədyönlü işlərin, uğurlu islahatların cəmiyyətdə böyük razılıq və rəğbət hissi ilə qarşılandığını bir daha təsdiq edir. Bununla yanaşı, məqalədə ƏƏSMN vətəndaşların qəbulu cədvəllərinin daha yaxşı tərtib edildiyi qurumlardan biri kimi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti