...

Qiymət dəyişikliyi süni qiymət artımıdırmı?

Cəmiyyət Materials 16 Fevral 2015 11:44 (UTC +04:00)
Azərbaycan bazar iqtisadiyyatı yolunu seçib və ölkəmizdə bazar iqtisadi prinsipləri hökm sürür.
Qiymət dəyişikliyi süni qiymət artımıdırmı?

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Azərbaycan bazar iqtisadiyyatı yolunu seçib və ölkəmizdə bazar iqtisadi prinsipləri hökm sürür. Trend-in məlumatına görə, "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva mətbuata bildirib ki, bazar iqtisadiyyatı isə mal bolluğunu ilə yanaşı, istehlakçıların sərbəst seçiminə, qiymətlərin liberallaşmasına şərait yaradır. İqtisadçıların təbirincə desək, qiymətlər bazarda formalaşır.

Onun sözlərinə görə, ancaq istehlak bazarında qiymət dəyişikləri baş verdikdə, nədənsə bəzi KİV nümayəndələrinin, "ekspertlərin" yadına qiymətlərin dövlət tənzimləməsi düşür, yaxud da süni qiymət arımı xatırlanır: "Doğrudur, dövlət qurumları bu sahəyə nəzarət edirlər. Ancaq bu o demək deyil ki, bu qurumlar bazara qiymət diktə edirlər. Məsələn, bu günlərdə ətin qiymətindəki enmələr bəzi KİV mənsublarını ciddi "narahat" etdi. Bir sıra qəzetlər, saytlar bu məsələni manşetə çixardılar, necə deyərlər, "baş yazıya" çevirdilər. Analoji halla digər mallların qiymət dəyişikliyi zamanı da qarşılaşırıq.
Bəzən isə, bir malın müxtəlif ticarət obyektlərində kiçik fərqlə başqa qiymətə satılması da süni qiymət artımı kimi təqdim edilir. Bütün bunlar isə, istehlakçıda çaşqınlıq yaratmaqla yanaşı, ticarət obyektlərinin "imicinə" də ziyan vurur. İstehlakçı isə daha "ucuz" mağaza axtarır. Daha doğrusu, çoxsaylı ticarət obyektlərinin mövcudluğundan və ya digər səbəblərdən irəli gələn qiymət fərqliliyi süni qiymət artımı kimi təqdim olunur. Bəs süni qiymət artımı nədir? Qanunvericiliyə görə, süni qiymət artımı bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya olunması, daha doğrusu qiymətlərin süni şəkildə yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılmasıdır. Ancaq bu, bəzi "işbazların" mal və xidmətlərə istədiyi qiyməti qoyaraq süni bahalaşma yaratması anlamına gəlməməlidir. Əgər müxtəlif ticarət və xidmət obyektlərində müxtəlif qiymətlər təklif olunursa, şübhəsiz ki, alıcı özünə sərf edən varianta - daha ucuz qiymətə üstünlük verəcək. Ən vacibi isə istehlakçıya bu imkanın yaradılmasıdır. İstehlakçı üçün bu imkan satışda olan hər bir malın üzərində onun qiymətinin göstərilməsi yolu ilə yaradılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti