...

Qaradağda səyyar xidmətlə vətəndaşlara şəxsiyyət vəsiqəsi verilib

Cəmiyyət Materials 20 Fevral 2015 17:49 (UTC +04:00)
Qaradağ rayonunda vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Qaradağda səyyar xidmətlə vətəndaşlara şəxsiyyət vəsiqəsi verilib

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Qaradağ rayonunda vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Qaradağ rayon Polis İdarəsinin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayonun Ələt və Qızıldaş qəsəbələrində vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət göstərilib.

Tədbir zamanı etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrindən istifadə edən 139, şəxsiyyət vəsiqəsi olmayan 4 nəfərin, habelə, qoca, əlil və xəstə olan 7 vətəndaşın müvafiq sənədləri yaşadıqları ünvanlarda qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti