...

Qarlı havada Bakıda ən təhlükəsiz nəqliyyat vasitəsi hansıdır?

Cəmiyyət Materials 23 Fevral 2015 10:38 (UTC +04:00)
Qarlı, şaxtalı günlərdə Bakıda ən təhlükəsiz və tıxacsız nəqliyyat vasitəsi metrodur.
Qarlı havada Bakıda ən təhlükəsiz nəqliyyat vasitəsi hansıdır?

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Qarlı, şaxtalı günlərdə Bakıda ən təhlükəsiz və tıxacsız nəqliyyat vasitəsi metrodur. Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

O, qeyd edib ki, bu gün səhər işə öz avtomobili ilə gəlib. Lakin yolda düz 2 saata yaxın tıxacda qalmalı olub. Metroda isə şənbə günündən indiyədək heç bir problem olmayıb: "Qarın yağması həftəsonuna düşdüyünə görə metroda sərnişinlərin sıxlığı o qədər də çox olmayıb. Buna baxmayaraq, biz əvvəlcədən bütün tədbirlərimizi görmüşdük. Ona görə də heç bir problem yaşanmayıb. Hələlik bu gün də hər şey qaydasındadır. Qatarlar qrafik üzrə hərəkət edir. Adi günlərdə olduğu kimi metro normal rejimdə fəaliyyət göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti