...

Azərbaycan Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə müqavilə bağlayacaq

Cəmiyyət Materials 8 Mart 2015 14:00 (UTC +04:00)
Azərbaycan və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması aprelin sonunda gözlənilir.
Azərbaycan Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə müqavilə bağlayacaq

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması aprelin sonunda gözlənilir. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Əməkdaşlıq məsələləri daha əvvəl CERN və Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səviyyəsində müzakirə olunub. Tərəflər yüksəkixtisaslı kadrların hazırlanması, birgə araşdırmaların aparılması və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Hazırda Azərbaycan regional DATA mərkəzin tikintisinə hazırlaşır. Mərkəzin tikintisi üçün müqavilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səviyyəsində imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti