...

Səhiyyə Nazirliyi 19 saxta diplom aşkarlayıb

Cəmiyyət Materials 16 Mart 2015 11:42 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi bu il aşkarladığı 19 saxta diplomla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
Səhiyyə Nazirliyi 19 saxta diplom aşkarlayıb

Azərbaycan, Bakı, 16 mart/Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi bu il aşkarladığı 19 saxta diplomla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.

2015-ci ilin son iki ay ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin "161-qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 86 şikayətə nazirlikdə baxılıb.

Trend Səhiyyə Nazirliyinin saytına istinadən bildirir ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 21 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb, 71 şikayət əsassızdır.

Bundan əlavə görülmüş yoxlama tədbirləri nəticəsində 19 saxta diplom aşkar olunaraq, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti