...

Gəncədə hərbi hissədə Novruz bayramı (FOTO)

Cəmiyyət Materials 16 Mart 2015 15:56 (UTC +04:00)
Elimizin ən gözəl bayramı - Novruz bayramı “N” saylı hərbi hissədə yüksək səviyyədə qeyd edilib.
Gəncədə hərbi hissədə Novruz bayramı (FOTO)

Elimizin ən gözəl bayramı-Novruz bayramı "N" saylı hərbi hissədə yüksək səviyyədə qeyd edilib.Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, musiqi və incəsənət kollektivləri iştirak ediblər.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Mikayl Zeynalov şəhər rəhbərliyinin salamlarını ,bayram təbrikini hərbiçilərə çatdırıb,onları bayram münasibəti ilə təbrik edərək, şərəfli xidmətlərində uğurlar arzulayıb.Bildirib ki,Ölkə Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi qüdrəti durmadan artır, ordu quruculuğunda da böyük uğurlar əldə edilir.

Bu gün Azərbaycanın Silahlı Qüvvələri hər cür döyüş əməliyyatlarını yerinə yetirməyə,çevik idarəetmə sisteminə malik olan bir strukturdur.Güclü ordumuz Vətənimizin və xalqımızın ehtibarlı sipəridir.Hər bir əsgər,çavuş,gizir,zabit və general döyüş meydanında qəhrəmanlıq sözünü deməyə hazırdır.Mətanətli və cəsur əsgərlərimiz Azərbaycanın sərhədlərini göz bəbəyi kimi qoruyur,onlara göstərilən etimadı layiqincə doğruldurlar.Hər bir Azərbaycan əsgərinin, hər bir Azərbaycan vətəndaşının yalnız bir arzusu var: tezliklə işğal altında olan torpaqlarımızı azad edək,üçrəngli bayrağımız Xankəndində,Laçında ,Şuşada və digər rayonlarımızda dalğalansın.Yaxın zamanlarda biz bu qələbəni qeyd edəcəyimizə əminik.

Hərbi hissə komandanlığı onlara yaradılan hərtərəfli şəraitə , göstərilən diqqət və qayğıya görə ölkə başçısı,Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonra hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbiçilərdən bir qrupuna Fəxri fərmanlar təqdim edilib. Hərbiçilərə gətirilən qiymətli hədiyyələr,sovqatlar- yaşıl səmənilər,şirniyyatlar,əlvan bayram xonçaları onların hər birinə yüksək əhval-ruhiyyə bəxş edib.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının musiqi kollektivinin respublikanın əməkdar artisti Elçin Elçiyevin bədii rəhbərliyi ilə geniş konsert proqramı alqışlarla qarşılanıb.Müzəffər Yusiflinin oxuduğu "Qarabağ şikəstəsi", Xəyal Əliyevin "Azərbaycan",Səbuhi Rzayevin "Azərbaycan oğluyam", Niyaməddin Qurbanovun saz havaları bütün iştirakçılarda xoş təəssüratlar yaradıb.Novruz bayramının atributları olan Kosa və Keçəl məzəli zarafatları ilə bayram şənliyinə şuxluq və sevinc gətirib.Cəsur əsgərlərimiz rəqqaslardan geri qalmayaraq , onlarla birlikdə məharətli və çevik oyun nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti