...

Xarkov şəhərində təntənəli Novruz şənliyi (FOTO)

Cəmiyyət Materials 22 Mart 2015 22:03 (UTC +04:00)
Xarkov şəhərində təntənəli Novruz şənliyi keçirilib
Xarkov şəhərində təntənəli Novruz şənliyi (FOTO)

Azərbaycan, Bakı, 22 mart /Trend/

Xarkov şəhərində təntənəli Novruz şənliyi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən Novruz şənliyində Xarkov Vilayət Deputatlar Şurasının sədri Sergey Çernov, Sumı Vilayətinin qubernatoru Nokolay Kloçko, tanınmış elm və mədəniyyət xadimləri, deputatlar, diplomatik korpusların nümayəndələri, diaspora və media təmsilçilri iştirak edib.

Tədbirə qatılanlar ilk öncə Xarkov Opera və Balet Teatrının foyesində təşkil edilmiş sərgi ilə tanış olaraq, Novruz şirniyyatları ilə bəzədilmş bayram süfrəsi ətrafında birlik və həmrəyliklərini nümayiş etdiriblər.

Azərbaycanın dövlət himninin sədaları altında başlanan bayram konsertini Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq, Novruzun qədim və zəngin adət ənənələrindən söz açıb. Belə bir füsünkar bayramın vaxtilə keçirilməsinə yasaq qoyulduğunu diqqətə çatdıran fəxri konsul ,1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqının öz maddi və mənəvi sərvətlərinə sahib çıxdığını, Novruz adət, ənənələrinin isə ümumxalq bayramına çevrildiyini nəzərə çatdırıb. Bu ənənənin Prezident İlham Əliyevin tərəfindən layiqincə davam etdirildiyini bildirən Əfqan Salmanov Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahasına salındığını və hazırada BMT miqyasında təntənə ilə keçirildiyini bildirib.

Tədbirdə Xarkov Vilayət deputatlar şurasının sədri Sergey Çernov , Sumı Vilayətinin qubernatoru Nikolay Kloçko və digər rəsmi şəxslər çıxış edərək, iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazda lider, beynəlxalq arenada nüfuzlu dövlətə çevrilən müstəqil Azərbaycanın öz maddi və mənəvi dəyərlərinə sahib çıxmasının fərəhləndirici hal olduğunu vurğulayıblar. Son dövrlər Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycanla Ukrayna arasında regional əməkdaşlığın sürətlə inkişaf etdirilməsinə və Azərbaycanla bağlı silsilə tədbirlərin həyata keçirilməsinə görə Azərbaycan Perzidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra tədbir Azərbaycan və Ukraynanın tanınmış mahnı və rəqs kollektivlərinin rəngarəng konsert proqramı ilə davam etdirilib. Bayram şənliyində Azərbaycanın gənc ifaçıları Azad Şabanov və Dilarə Kazımovanın ifa etdikləri xalq və estrada mahnıları tədbir iştirakçılarına əsl bayram ovqatı bəxş edib. Bayram şənliyındə Ukraynada qumla şüşə üzərində əsrarəngiz mənzərələr yaradan Svetlana Telbuxun Novruz bayramına və Azərbaycan Ukrayna dostluğuna həsr etdiyi animasiya əsəri böyük maraq və heyranlıqla qarşılanıb.

Tədbirin sonunda Azərbaycanın Xarkovdakı fəxri Konsulluğunun təşəbbüsü ilə məktəbli uşaqlar arasında Novruz bayramı ilə bağlı keçirilmiş rəsm müsabiqəsinin qalıblərinə diplom və mükafatlar təqdim olunub.

Mahnı və rəqs kollektivlərinin yekun çıxışları böyük alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti