...

Mikayıl Cabbarov: Məktəblərdə hərbi hazırlıq fənni yüksək səviyyədə keçirilsə, ordudakı hərbi xidmət keyfiyyətli olacaq

Cəmiyyət Materials 2 Aprel 2015 12:25 (UTC +04:00)
Mikayıl Cabbarov: Məktəblərdə hərbi hazırlıq fənni nə qədər yüksək səviyyədə keçirilsə, ordudakı hərbi xidmət də keyfiyyətli olacaq
Mikayıl Cabbarov: Məktəblərdə hərbi hazırlıq fənni yüksək səviyyədə keçirilsə, ordudakı hərbi xidmət keyfiyyətli olacaq

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İlkin İzzət/

"Orta məktəblərdə çağırışaqədərki hərbi hazırlıq fənni nə qədər yüksək səviyyədə keçirilsə, ordudakı hərbi xidmət də məhsuldar və keyfiyyətli olacaq".

Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Təhsil naziri Mikayıl Cabbarov deyib.

Təhsil nazirinin sözlərinə görə, Azərbaycan Respublikasının bütün ümumtəhsil tam orta məktəblərində və peşə təhsili məktəblərində hərbi hazırlıq fənninin keçirilməsi səviyyəsinə xüsusi diqqət yetirilir: "Bunun bir çox səbəbləri var. Təbii olaraq birinci səbəb Azərbaycanın müharibə şəraitində yaşamasıdır. Hər zaman bizim ümumtəhsil sistemində tətbiq etdiyimiz hərbi hazırlıqda, vətəndaş ruhunun formalaşması da nəinki zəruri, hətta ən mühüm məsələlərdən biridir. Düşünürük ki, nə qədər ki, tədris prosesində məktəb uşaqlara ilkin bilikləri aşılayacaq, orduda xidmət məhsuldar və keyfiyyətli olacaq. Biz Müdafiə Sənayesi Nazirliyinin təlim-tədris məqsədləri üçün istehsal olunan avadanlıqlarından istifadə edirik. Məktbərlərdə, şagirdlər arasında vətənpərvərlik ruhunun yüksək saxlanılması hər zaman diqqət mərkəzindədir".

M.Cabbarov həmçinin qeyd edib ki, Müdafiə Nazirliyinin dəstəyi ilə media və ictimaiyyətin cəbhəyanı bölgələrdə yerləşən məktəblərə xüsusi turları təşkil olunur: "Məqsəd ilk növbədə orada təhsil alan şagirdlərimizin və təhsil verən müəllimlərimizin, orada yaşayan vətəndaşlarımızın gündəlik həyat şəraiti ilə tanış olmaqdır. Müşahidələr göstərir ki, uşaqların təhsil nailiyyətləri, vətəndaşlarda Vətənə olan münasibəti və təhsilə olan meyli düşmən tərəfindən olan bütün səylərə baxmayaraq, çox yüksək səviyyədədir və gələcəkdə də belə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti