...

Bakıda yeni ödəmə terminalları (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2015 09:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Bakıda Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni ödəmə terminalları quraşdırılıb. Bu barədə Trend-ə telekommunikasiyadakı mənbədən məlumat veriblər.

Məlumata görə, terminallarda kredit xidmətləri, kommunal xidmətlər, mobil rabitə və internet xidmətlərinin ödənişini həyata keçirmək mümkündür: "Hazırda terminallar bir sıra ABB filiallarında yerləşdirilib. Tədricən terminallar bankın bütün filiallarında quraşdırılacaq, perspektivdə isə paytaxtın ictimai yerləri nəzərdə tutulur. Yeni terminalların "MilliÖN" və "eManat" terminallarından fərqi odur ki, ödənişi həm nəğd pulla, həm də bank kartı ilə həyata keçirmək olur. Həmçinin terminal nəğd pulu karta köçürməyə imkan yaradır".

Hazırda ödəmə terminalları bazarında "Komtec" şirkətinin "MilliÖn", "Modenis" şirkətinin "eManat" və "Expressbank" ASC-nin "ExpressPay" terminalları təqdim olunur. Bu qurğular kommunal xidmətlər, stasionar və mobil telefonlara görə ödənişlər, internet, kabel televiziyası və bank kreditləri üzrə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti