...

Azərbaycanda bağçalar üçün yeni qidalanma normalarının işlənməsi təklif edilir

Cəmiyyət Materials 6 Aprel 2015 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda uşaq bağçaları, uşaq evləri və məktəbəqədər uşaq sanatoriyalarında yerləşən uşaqlar üçün yeni qidalanma normalarının işlənməsi təklif edilir. Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə fəaliyyət hesabatında bildirilib.

Hesablama Palatası tərəfindən bir neçə məktəbəqədər təhsil müəssisəsində aparılmış audit tədbirləri nəticəsində müəyyən edilib ki, məktəbəqədər təhsil müəssisəsində 3 yaşdan 4 yaşadək uşaqların (orta qrup) qida təminatı 4 yaşdan 6 yaşadək (böyük qrup) uşaqlar üçün qida normalarına uyğun şəkildə həyata keçirilir. Bu da həmin yaş qrupunda olan uşaqların fizioloji tələblərinə uyğun qida rasionunun düzgün müəyyənləşdirilməməsi ilə yanaşı, məktəbəqədər təhsil müəssisələrində bu ərzaq məhsulları üzrə normadan artıq ərzaq məhsullarının silgisinə və bu məqsədlərlə əlavə dövlət vəsaitlərinin ayrılmasına səbəb olur.

Göstərilənləri nəzərə alaraq, uşaq bağçaları, uşaq evləri və məktəbəqədər uşaq sanatoriyalarında 3 yaşdan 4 yaşadək uşaqların (orta qrup) fizioloji tələblərinə uyğun rasional qidalanmasını təmin etmək məqsədilə qida normalarının işlənib hazırlanması və Azərbaycan Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Qərarına müvafiq əlavənin edilməsi məqsədəuyğun hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti