...

Oqtay Əsədov: “Ələkrəm Hümbətov Azərbaycana xəyanət etmiş adamdır”

Cəmiyyət Materials 28 Aprel 2015 12:59 (UTC +04:00)
1993-cü ildə özünü “Talış-Muğan Respublikası”nın lideri elan etmiş Əlikram Hümbətovun qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi bəyanat onun xəyanətkar olduğunu bir daha sübut edir.
Oqtay Əsədov: “Ələkrəm Hümbətov Azərbaycana xəyanət etmiş adamdır”

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"1993-cü ildə özünü "Talış-Muğan Respublikası"nın lideri elan etmiş Ələkrəm Hümbətovun qondarma "erməni soyqırımı" ilə bağlı verdiyi bəyanat onun xəyanətkar olduğunu bir daha sübut edir". Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili İqbal Məmmədov bildirib.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə bildirib ki, Ə.Hümbətov Azərbaycana xəyanət edib və o, xaricdə ölkəmiz əleyhinə kampaniya aparır: "Xarici İşlər Nazirliyi və Azərbaycan diasporası məsələni diqqətdə saxlamalı və ciddi tədbirlər görməlidir. O, Avropanın ona verdiyi hüquqlardan istifadə edərək, Azərbaycanı parçalamağa yönəlik çıxışlar edir. Xəyanətkar Ələkrəm Hümbətov xarici təşkilatların əlində oyuncağa çevrilib. Hökmən o, bu addımlarına görə cəzalandırılmalıdır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət olunmalıdır".

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Ə.Hümbətov kimi separatçı, xəyanətkar birini şişirtməyə ehtiyac yoxdur: "Ümumiyyətlə onun səviyyəsi yoxdur. O, Azərbaycana xəyanət etmiş adamdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti